Məşhur komediya aktyoru öldü
29 noyabr 2010 10:48 (UTC +04:00)

Məşhur komediya aktyoru öldü

Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, aktyor noyabrın 28-də dostları və qohumlarının əhatəsində gözlərini yumub.

Hələlik aktyorun ölüm səbəbləri açıqlanmır. Nilsenin nə zaman və harada basdırılacağı da məlum deyil.

1926-cı ildə Kanadada doğulan Lesli Nilsen ilk dəfə ekranlarda 1950-ci illərdə görünüb. O, bir neçə teleşouda və reklam çarxında çəkilib.

Nilsenin filmoqrafiyasında müxtəlif janrlı filmlər, o cümlədən qəza janrındakı “Poseydonun» macəraları” (1972-ci il) filmi olub. Amma ona həqiqi populyarlığı komediya filmlərindəki rolları gətirib. Onun uğurlu komediya aktyoru kimi karyerası isə 1980-ci ildə ekranlara “Aeroplan” filminin çıxması ilə başlayıb. “Çılpaq tapança” trilogiyası (1988, 1991 və 1994-cü illər) trilogiyası isə ona dünya şöhrəti gətirib. O, 2003 və 2004-cü illərdə “Çox dəhşətli kino” filminin üçüncü və dördüncü hissəsində ABŞ prezidentini canlandırıb.

Aktyorun televiziyadakı karyerası da kifayət qədər uğurlu olub. Aktyor iki dəfə “Emmi” mükafatına irəli sürülüb. İlk dəfə 1982-ci ildə “Polis dəstəsi” komediya serialındakı roluna görə, ikinci dəfə 1988-ci ildə “Gün ardınca gün” serialındakı roluna görə. Sonuncu serialda o, xüsusi dəvət olunan ulduz kimi iştirak edib.

Qeyd edək ki, Lesli Nilsenin 2008-ci ildə vəfat edən böyük qardaşı Erik Nilsen 1984-1986-cı illərdə Kanada baş nazirinin müavini olub. Aktyor 4 dəfə evlənib. Onun ikinci evliliyindən iki övladı var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1399

Oxşar yazılar