9-cu dəfə DA!
28 noyabr 2010 13:19 (UTC +04:00)

9-cu dəfə DA!

APA-nın xəbərinə görə, yığıncaq DA-nın fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb.

DA-nın baş katibi İsmayıl Tas DA-nın son toplantısı barədə danışıb.

DA-nın Türkiyə komitə başqanı Naci Bostançı platformanın ölkəsindəki fəaliyyətlərindən danışıb.

DA-nın fəaliyyətdə olan həmsədri Nurlan Orazayev platformanın 2008-2010-cu illərdəki fəaliyyəti, keçirdiyi tədbirlər, müxtəlif ölkələrdə apardığı işlər barədə məlumat verib.

DA-nın həmsədri Harun Tokak DA-nın qurulmasından danışıb: “1998-ci ildə cəmi 30-40 nəfərlə bu işə başladıq. İndi isə 50 ölkəni əhatə edən 500-600 nəfərlik, ziyalıların, media adamlarının, ictimai şəxslərin toplandığı bir platforma formalaşıb”. H. Tokak DA-nın məqsədləri, gələcək planları barədə məlumat verib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar DA-nın yaranmasının ideya müəlliflərindən biri kimi çıxış edib. O, Çingiz Aytmatov və digər Avrasiya ziyalıları ilə bir yerdə DA-nın qurulmasında iştirak etməsindən, bu platformanın birinci dönəm başqanı olmasından məmnunluq duyduğunu deyib: “İstanbulda Avropa ilə Asiyanı birləşdirən iki körpü var. DA bu iki qitəni birləşdirən üçüncü körpüdür, çünki onun məqsədi ədəbiyyat, mədəniyyət, el birliyi yaratmaqdı. Dövlətlərin qurduğu sərhədləri mədəniyyət, ədəbiyyat, elm aşa bilir ”.

Anar toplantı iştirakçılarına Dağlıq Qarabağ problemi barədə də məlumat verib: “Biz heç kimin torpağını işğal etmədik. Azərbaycanın 21 faiz torpağı işğal olunub, hər 9 vətəndaşından biri qaçqın düşüb. Biz beynəlxalq təşkilatlardan, beynəlxalq ictimaiyyətdən torpaqlarımızın geri qaytarılmasına, qaçqınlarımızın yurdlarına dönməsinə yardım etməsini gözləyirik. Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyəti verməyə də hazır olduğunu dəfələrlə bəyan edib. Böyük dünya ailəsindən bu problemin sülh şəraitində həll olunmasına yardım gözləyirik”.

Qeyd edək ki, DA 1998-ci ildə qurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar