Yaşar Nurinin səhhətində dəyişiklik yoxdur
Azərbaycanın xalq artisti Yaşar Nuri hələ də İstanbul Memorial Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur. Bu barədə APA-ya açıqlamasında Memorial Xəstəxanada olan Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva bildirib. Onun sözlərinə görə, həkimlər Yaşar Nurinin səhhətini nəzarət altında saxlayır, müalicəni davam etdirirlər: “Yaşarın səhhətində hələ ki, dəyişiklik yoxdur. Bu gün həkimlə görüşməliyəm, onunla danışacağam. İnşallah, hər şey yaxşı olacaq”.
R. Nuriyeva Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun aktyora baş çəkdiyini, onun səhhəti ilə mütəmadi maraqlandığını deyib. Eləcə də Türkiyədə yaşayan azərbaycanlı tələbələr də xəstəxanaya gələrək Y. Nurinin səhhətində yaranmış problemlərə görə narahatlıqlarını ifadə edirlər.
Rəhimə xanım Azərbaycan rəsmilərinin də aktyorun səhhəti ilə maraqlandıqlarını bildirib: “Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev də zəng edib, maraqlanıblar. Azərbaycandan çoxsaylı zənglər gəlir. Mən bilirəm ki, Yaşarın vəziyyəti hamını çox narahat edir, hamı maraqlanır. Heç kim duasını Yaşardan əsirgəməsin”.

Oxşar yazılar

Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39