“Qarabağ daş dövründə”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Etnoqrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə “Qarabağ daş dövründə” adlı toplu nəşr olunub. Lent.az-ın AMEA-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, toplu Azərbaycanda Azıx mağarasının kəşfinin 50 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın materiallarına əsasən hazırlanıb.
50 il əvvəl Azərbaycanın qədim bölgəsi olan Qarabağda görkəmli Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov Azıx mağarasında paleolit dövrü düşərgəsini aşkar edib. Uzun illər Azıx mağarasında aparılan qazıntılar bu ərazidə ibtidai insanların hələ 2 milyon il əvvəl məskunlaşdığını və bu düşərgənin dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edib. Lakin Qarabağın Ermənistan tərəfindən işğalı həm Azıx düşərgəsinin, həm də bölgədəki digər tarixi-arxeoloji abidələrin elmi araşdırmalarının qarşısını alıb.
Bu topluda həm Azıx düşərgəsi, eyni zamanda Qarabağın və ümumiyyətlə Azərbaycanın digər daş dövrü abidələri, bütövlükdə Qafqaz və ətraf ərazilərin paleolit dövrü abidələri haqqında yazılmış məqalələr yer alıb.

Oxşar yazılar

2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34