İkinci Milli Kitab Mükafatı start götürür –
Lent.az-ın məlumatına görə, mərasimdə çıxış edən MKM-in təsisçisi Nigar Köçərli ikinci dəfə keçiriləcək MKM-in ana məramının dəyişmədiyini bildirib: “Yenə də əsas məqsədimiz ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, müasir ədəbiyyatımızın sosial önəmini artırmaq və ədəbiyyatımızı zənginləşdirəcək əsərləri dərc etməkdir. Keçən il baş tutan ilk MKM layihəsi çərçivəsində biz qarşımıza qoyduğumuz hədəflərə nail olduq. Bu müddət ərzində müasir ədəbiyyatımızın inkişafı problemləri cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri oldu, MKM-in 10-luğuna düşən yazıçılarımız tanıdıldı, yeni 10 kitab nəşr olundu və onların bəziləri Azərbaycan miqyasında “bestseller” oldu”.
Nigar Köçərli ilk müsabiqədən fərqli olaraq, bu dəfə münsiflər heyətinin sırasının genişləndiyini qeyd edib. Belə ki, mükafatın münsiflər heyətinə Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, xalq şairi Vaqif Səmədoğlu, millət vəkili Rəbiyyət Aslanova, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, Fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi, “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə, yazıçı Afaq Məsud daxil edilib. MKM-in qaydalarında da ciddi dəyişikliklər baş verməyib. Əsərlər yanvarın 10-dək MKM-ə elektron və ya poçt vasitəsi ilə çatdırılmalıdır. Martın 20-də ekspertlər tərəfindən müəyyənləşdirilmiş 20 ən yaxşı əsərdən ibarət “longlist” (uzun siyahı), martın 27-də isə 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün münsiflər heyətinə təqdim olunacaq. May ayının 31-də isə mükafatın qalibləri elan olunacaq. Ötən il olduğu kimi, bu il də 1-ci yerin qalibi 3 min, 2-ci yerin qalibi 2 min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq.
Təsisçi onu da vurğulayıb ki, bu dəfə əsas yenilik müsabiqə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq ingilis dilindən ən yaxşı ədəbi tərcüməyə görə mükafatın təsis edilməsidir.
“MKM-in ana məqsədi milli ədəbiyyatımızın inkişafıdır. Ancaq dünya ədəbiyyatını oxumadan, qlobal ədəbi tendensiyaları izləmədən milli ədəbiyyatımızın inkişafı mümkünsüzdür. Buna görə, dünya ədəbi şedevrlərinin ana dilimizə tərcüməsi vacibdir. Bunun önəmini anlayaraq biz ABŞ səfirliyi ilə bərabər dünya ədəbiyyatı incilərinin Azərbaycan dilinə tərcüməsinə görə mükafat təsis etmişik və ən yaxşı tərcüməyə görə min manat verəcəyik”- deyə N. Köçərli əlavə edibi.
qeyd edək ki, növbəti MKM-in baş sponsoru “Bakcell” şirkəti, sponsorları “Unibank” ASC və “Əli və Nino” Nəşriyyat Evidir. Mədəniyyət və Turizm Nazirliyi isə layihənin ənənəvi rəsmi tərəfdaşıdır. Bundan başqa, Amerikanın Azərbaycandakı səfirliyi də layihəyə dəstək verir.
Xəyalə

1172