Masazırda elektrik cərəyanı vurması nəticəsində şəxsin ölməsi faktı araşdırılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, sentyabrın 14-də Masazır qəsəbəsində fərdi yaşayış evinin həyətində iş görən zaman elektrik cərəyanı vurması nəticəsində 57 Davud Cavadovun vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.