Bəstəkarlar İttifaqının Şuşa təşkilatının üzvləri və Qarabağın musiqi ictimaiyyəti ilə görüş keçirilib
Lent.az-ın məlumatına görə, görüşdə Şuşanın mədəniyyət və turizm idarəsinin rəisi Zahid Abbasov, Şuşa Humanitar Kollecinin müdiri Rasim İsmayılov, Şuşa Şəhər Musiqi məktəbinin direktoru Mirkamil Ağamirov, Bəstəkarlar İttifaqının Şuşa təşkilatının sədri Rauf Əliyev, ABİ-nin məsul katibi Lalə Hüseynova, bəstəkarlar Azər Dadaşov, Tahir Əkbər, Cəlal Abbasov, Nərgiz Şəfiyeva və başqaları iştirak ediblər.
Tədbiri açıq elan edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Şuşa Təşkilatının yaranma tarixindən danışaraq qeyd edib ki, ötən əsrin 70-ci illərində xalq artisti Süleyman Ələsgərovun təşəbbüsü ilə yaradılan Azərbaycan Bəstəkarlar İttifaqının Şuşa təşkilatı hazırda əməkdar incəsənət xadimi Rauf Əliyevin rəhbərliyi altında Bakı şəhərində öz fəaliyyətini davam etdirir. Azərbaycan Bəstəkarlar İttifaqı bu təşkilatın fəaliyyətində yaxından iştirak edir və dəstəyini əsirgəmir. Sədr çıxışında onu da vurğulayıb ki, bu dəfə keçirilən görüşün məqsədi musiqi bəstələməyə həvəsi olan istedadlı gənclərin üzə çıxarılması və Bəstəkarlar İttifaqında ittifaqın üzvləri tərəfindən onlara bəstəkarlıq dərslərinin keçirilməsini təmin etməkdir: “Bu gün elə istedadlı uşaqlarımız var ki, bir çox müsabiqələrdə qalib adını qazanaraq Qarabağı görməsələr də, qarabağlı olduqlarını sübut edirlər. Biz bu istedadlı uşaqları aşkara çıxarıb, onların musiqi bəstələməyə olan həvəslərinə dəstək vermək üçün bütün şəraiti yaratmağa hazırıq. Qoy onlar gəlib Bəstəkarlar İttifaqını tanısınlar, bu təşkilatın onlar üçün doğma yer olduğunu bilsinlər. Bizim tanınmış bəstəkarlarımız, musiqişünaslarımız bu ideyaya sevə-sevə dəstək verməyə hazırdırlar”.
Daha sonra çıxış edən Rauf Əliyev təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. O deyib ki, Şuşa təşkilatının keçirdiyi tədbirlərə Azərbaycan Bəstəkarlar İttifaqı ilə yanaşı Dağlıq Qarabağın Azərbaycanlılar İcması, həmçinin Şuşa şəhər Mədəniyyət və Turizm İdarəsi yaxından dəstək verir. Şuşa şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Zaman Abbasov belə bir görüşün keçirilməsinə görə ABİ-nin sədrinə minnətdarlığını bildirərək vurğulayıb ki, bu vəzifədə çalışdığı müddət ərzində rəhbərlik etdiyi qurumla, ittifaqın Şuşa təşkilatı ilə daima sıx əməkdaşlıq mövcud olub.
Daha sonra mövzu ətrafında geniş müzakirə aparılıb.
Görüşün sonunda bir daha çıxış edən F.Əlizadə bəzi məsələlərin tezliklə həllinin tapmasının vacibliyini qeyd edib. O, 1992-ci ildən bəri Şuşa şəhəri ilə bağlı keçirilən bütün musiqi tədbirlərinin siyahısının tərtib olunmasının vacibliyini vurğulayaraq, musiqi məktəblərinin direktorlarından xüsusi istedada malik uşaqların aşkar edilməsini xahiş edib. Sədr görüş iştirakçılarının nəzərinə onu da çatdırıb ki, 2011-ci ildə Şuşa təşkilatı Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda həm klassik, həm də xalq musiqisi konsertlərini keçirməyi planlaşdırır.
Xəyalə Muradlı

1970