“Start” festivalının qalibləri mükafatlandırıldı
Azərbaycan Kinematoqrafçılar İttifaqında festivalın mükafatlandırma mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, festivalın münsiflər heyətinin sədri, rejissor Yavər Rzayev builki festivalda Qran-pri və “Ən yaxşı cizgi filmi” nominasiyası üzrə qalibiyyətin heç bir filmə təqdim olunmadığını bildirib. O, bunun səbəbini bu il festivala layiqli filmin qatılmaması ilə izah edib: “Festivalın nəticələri ilə bağlı 5 münsif arasında mübahisələr olub. Çünki bizim fikirlərimiz üst-üstə düşmürdü. Amma ümumilikdə festivalın nəticələrini müsbət qiymətləndirirəm. Sadəcə, gənclərə məsləhətim odur ki, filmləri çəkəndə daha ürəklə və həvəslə işləsinlər”.
Festivalda ukraynalı rejissor Boqdana Smirnovanın “Vakant yer” filmi “Ən yaxşı bədii film”, İranı təmsil edən Kaveh Bəhraminin “Başlanğıc cığırı” filmi “Ən yaxşın sənədli film”, gürcüstanlı Georgi Qobaliyanın “Adsız bitki” filmi “Ən yaxşı tələbə bədii filmi”, rusiyalı Qleb Klişeviçin “Dəstə” filmi “Ən yaxşı tələbə sənədli filmi”, ukraynalı Alan Ostanin “Tort” filmi “Ən yaxşı sosial çarx” nominasiyasında qalib olub.
Azərbaycandan “Oyan” filminə görə Vüsal Naib və “Dumanda” filminə görə Elvin Adıgözəl isə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Xatırladaq ki, “START” Beynəlxalq Film Festivalını 2004-cü ildə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi təsis edib. Azərbaycanın ilk peşəkar rejissoru Səməd Mərdanovun adını daşıyan festival növbəti illərdə digər ölkələrin tələbələrini də özünə cəlb etməklə əhatə dairəsini daha da genişləndirib. “START” Beynəlxalq Film Festivalının təşkilatçı və təsisçilərinin məqsədi regionda gənclərin ən mötəbər film festivalının məhz Azərbaycanda keçirilməsinə nail olmaqdır. 2005-ci ildən beynəlxalq statusu qazanan “START”, həm də yerli gənc rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmasında start nöqtəsidir.
Xəyalə Muradlı

764