
Qız Qalasının baxış meydançasında şəffaf şüşə quraşdırıldı
Bu barədə Lent.az-a Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, kənardan görünməyən, eyni zamanda tarixi abidənin xarici görüşünə xələl gətirməyən konstruksiya 1,4 metr hündürlükdə olmaqla baxış meydançasının kənarları boyunca yerləşdirilib və ziyarətçilərə şəhərin mənzərəsini seyr etməyə heç bir maneə yaratmır. Konstruksiya dəyişkən hava şəraitinə, güclü küləyə davamlıdır və istənilən zaman abidəyə zərər gətirilmədən demontaj edilə bilər.
Şüşə konstruksiyanın quraşdırılmasında məqsəd 28 metr hündürlüyü olan abidənin baxış meydançasına qalxmış ziyarətçilərin təhlükəsizliyini təmin etməkdir.
Şüşə konstruksiyanın quraşdırılmasında məqsəd 28 metr hündürlüyü olan abidənin baxış meydançasına qalxmış ziyarətçilərin təhlükəsizliyini təmin etməkdir.
Oxşar yazılar

2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34