Əbülfəs Qarayev: “Heç kəs alban xaç daşlarına qarşı iddia irəli sürə bilməz”
“Xaç daşları yalnız Ermənistanda olan və erməni yaradıcılığına məxsus bir incəsənət növü kimi YUNESKO-nun siyahısına daxil edilib. Yəni, heç kəs alban xaç daşlarına qarşı hər hansı bir iddia irəli sürə bilməz”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Keniyadan bu gün qayıdan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib: “Komissiyanın iclası zamanı bizi narahat edən məsələlərdən biri Ermənistan tərəfindən xaçkarlar və xaç daşların siyahıya təqdim olunması idi. Xalqımız çox yaxşı bilir ki, Azərbaycanda yerləşən bu cür tarixi abidələr və müxtəlif binaların üzərində yerləşən xaçlar alban xalqına məxsus yaradıcılıq nümunələridir. Bu nümunələrin sırf Ermənistan adı altında siyahıya daxil edilə biləcəyindən narahat idik. Ona görə də Bakı elmi ictimaiyyətinin, təhsil ocaqlarının, Azərbaycan diasporunun, dövlət orqanlarının ciddi etirazlarını nəzər alaraq YUNESKO-nun baş katibliyi, müdirliyi və komissiyanın üzvləri bu məsələyə xüsusi həssaslıqla yanaşdılar. İki gün ərzində gecə saat 12-yə qədər gedən ciddi fikir mübadiləsi nəticəsində müvafiq nümunələr siyahıya başqa adla - yalnız Ermənistanda olan və erməni yaradıcılığına məxsus bir incəsənət növü kimi daxil edildi. Alban xaç daşlarının ora daxil olunması imkanları tamamilə kənarlaşdırıldı. Heç kəs alban xaç daşlarına qarşı hər hansı bir iddia irəli sürə bilməz”.
Nazirin sözlərinə görə, Ermənistan tərəfi də bu addımı etirazla qarşılamayıb, irəli sürülən təkliflərə razılıq verib: “Ermənistan tərəfi dərk etdi ki, bu komissiyanın işini siyasətə daxil etməz olmaz. Orada Dağlıq Qarabağa, alban kilsəsinə, Azərbaycanla bağlı digər məsələlərə toxuna biləcək maddələrin çıxarılmasına razılıq verdi. Ondan sonra komissiya buna müsbət rəy verdi. Hesab edirəm ki, bundan sonra alban dövrünə aid abidələr barədə daha ciddi təbliğat, təşviqat işi aparmalıyıq”.
Xəyalə MURADLI

1055