Norveçlilər saza heyran olublar
Norveçdə fəaliyyət göstərən Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAGT-NAYO) Azərbaycanın qədim və zəngin mədəni irsinə daxil olan aşıq sənətinin xaricdə təbliği istiqamətində növbəti layihəni həyata keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, əsasən norveçlilər və Norveçdə yaşayan əcnəbilər üçün nəzərdə tutulmuş bu layihə Oslo Universiteti ilə NAYO-nun əməkdaşlığı çərçivəsində həmin universitetin kitabxanasında keçirilib.
Tədbirdə Oslo Universitetinin professor və müəllim heyəti, eyni zamanda norveçli və əcnəbi tələbələr iştirak ediblər. Norveç Konservatoriyasının tələbəsi olan həmyerlimiz Əhməd Mirzəyevin ifasında aşıq havalarımız və dünya klassik irsinin dəyərli nümunələri canlı olaraq səsləndirilib. Əhməd Mirzəyevin ifasını tədbirə toplaşan əcnəbilər böyük maraqla qarşılayıblar. Aşıq musiqisi norveçlilərin də xüsusi diqqətinə səbəb olub. Əhməd Mirzəyev bildirib ki, bir azərbaycanlı olaraq Norveçdə aşıq sənətinin daha geniş və əhatəli təbliği üçün konsert proqramı və konfrans keçirilməsini, Azərbaycandan da buraya aşıqlar dəvət edilməsini çox istəyir.
Aşıq sənətinin təbliğini nəzərdə tutan “Lunsj med Kultur” layihəsi çərçivəsində gerçəkləşən bu tədbirdə Azərbaycan haqqında kitab və suvenirlər də nümayiş olunub.
Ramiz

Oxşar yazılar

2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34