Firəngiz Mütəllimova: “Onu gözləyirəm...”
“Bacanaqlar” serialının çəkilişləri davam edir. Yaşar Nuri olmadan hələ ki, bir təhər düzüb-qoşuruq. Sadəcə, adını çəkməklə kifayətlənməyə çalışırıq. Amma sonra necə olacaq deyə bilmərəm. Bunu ancaq filmin rejissorları, ssenari müəllifləri bilir”.
Bunu Lent.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimova bildirib. O, sənət dostu Yaşar Nurinin səhhətinin qəflətən pisləşməsindən çox təsirləndiyini dilə gətirib. Aktrisa hazırda Türkiyənin “Memorial” xəstəxanasında müalicəsi davam etdirilən həmkarının vəziyyəti ilə hər gün maraqlandığını da deyib: “Mən Yaşarın səhhətilə daim maraqlanıram. Hər gün qızlarına zəng vururam, bəzən Rəhimə xanımın özü ilə danışıram. Bu xəbər çox gözlənilməz oldu. Ümumiyyətlə, bu il pis sürprizlərlə başladı. Telmanın qəfil ölüm xəbəri bizi sarsıtdı. İndi də Yaşarın belə olması... İnşallah Yaşar tezliklə sağalıb ayağa qalxacaq, bura qayıdacaq. Onun yolunu hamılıqla gözləyirik”.
Xəyalə

Oxşar yazılar

2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34