VII “START” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalının açılışı oldu
Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov artıq 7-ci ildir keçirilən festivalı yüksək qiymətləndirib. Bu festival sayəsində yaradıcı gənclərin üzə çıxdığını vurğulayan Y. Şeyxov bildirib ki, gənclər tərəfindən 5 ildə 23 bədii qısametrajlı film çəkilib. O, ildən-ilə miqyasını genişləndirən bu festivala daha çox ölkələrin qatılacağına ümidvar olduğunu deyib.
“7 il öncə bu festivalın layihəsini təqdim edəndə inanmazdım ki, nə vaxtsa burada 16 ölkə iştirak edəcək. Bu, məni çox sevindirir. Arzu edirəm ki, festival illər sonra 96 ölkəni özündə birləşdirəcək”, - deyə sözə başlayan festivalın direktoru Fehruz Şamıyev festivalın əsas məqsədinin professional və istedadlı gəncləri ortaya çıxarmaq olduğunu qeyd edib. F. Şamıyev bu festivalı həm də mübadilə proqramı və kino bayramı adlandırıb.
Açılış mərasimi musiqili proqramla davam edib. Mərasimdə “Oyan” (Azərbaycan), “Burda mənəm” (Polşa) və “Tortik” (Ukrayna) filmləri nümayiş olunub.
Qeyd edək ki, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin və “CİNEMA” Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən festivalın münsiflər heyətinə Yavər Rzayev sədrlik edir. Jürinin üzvləri Aygün Aslanlı (Azərbaycan), Rodion İsmayılov (Rusiya), Nadir Saivən (İran) və David Caniledzedir (Gürcüstan).
Noyabrın 23-ü və 24-də də davam edəcək kinoforumda 16 ölkədən 100-ə yaxın müxtəlif janrlı film nümayiş olunacağı gözlənilir. Filmlərin nümayişi saat 11:00-dan 18:00-a qədər Azərbaycan Kinematoqrafçılar ittifaqında olacaq.
Xatırladaq ki, “START” Beynəlxalq Film Festivalını 2004-cü ildə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi təsis edib. Azərbaycanın ilk peşəkar rejissoru Səməd Mərdanovun adını daşıyan festival növbəti illərdə digər ölkələrin tələbələrini də özünə cəlb etməklə əhatə dairəsini daha da genişləndirib. “START” Beynəlxalq Film Festivalının təşkilatçı və təsisçilərinin məqsədi regionda gənclərin ən mötəbər film festivalının məhz Azərbaycanda keçirilməsinə nail olmaqdır. 2005-ci ildən beynəlxalq statusu qazanan “START”, həm də yerli gənc rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmasında start nöqtəsidir.
Qeyd edək ki, VII “START” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
Xəyalə

Oxşar yazılar

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25
Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51