“Qafqaz qartalının uçuşu” Azərbaycanda
22 noyabr 2010 13:17 (UTC +04:00)

“Qafqaz qartalının uçuşu” Azərbaycanda

“Salnamə” kinostudiyasından Lent.az-a verilən məlumata görə, təqdimat mərasimində filmin ssenari müəllifi Valentina Qurkalenko və “Lennauçfilm” studiyasının baş direktoru Anton Smirnov da iştirak edəcək.

II Dünya Müharibəsinin qəhrəmanlarından olan hərbi pilot Hüseynbala Əliyevə həsr olunan “Qafqaz qartalının uçuşu” sənədli filminin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konovalçuk və Elxan Rüstəmovdur.

Xatırladaq ki, 20 dəqiqəlik sənədli filmin ilk təqdimat mərasimi bu ilin sentyabrda Sankt-Peterburqun Kino evində baş tutub.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar