İctimai Televiziyadan 10 yaşlı müğənniyə dəstək
19 noyabr 2010 17:18 (UTC +04:00)

İctimai Televiziyadan 10 yaşlı müğənniyə dəstək

Lent.az-ın məlumatına görə, İctimai Televiziyanın təşkilatçılığı və dəstəyi ilə hazırlanan klip vətənpərvərlik mövzusunu əks etdirir.

“Vətənim”in sözləri şair Vahid Əzizə, musiqisi İlham Abdullayevə məxsusdur. Mahnının sözlərində Yasinin dili ilə Vətənə müraciət ünvanlanır. “Yaşım kiçikdir, əlimə silah alıb vuruşa bilməsəm də, bayrağımı həmişə yüksəklərdə tutmağa çalışıram”, - deyə, Yasin mətbuat konfransında fikirlərini ifadə edib.

Klipin süjet xəttində də məhz bu motiv üstünlük təşkil edir. Rejissor Sirac Mustafayev klipin süjetində maraqlı məqamlardan istifadə edərək ideya xəttini bir qədər də dolğun təqdim etməyə nail olub.

Klipdə əməkdar artisti Səidə Quliyeva Yasinin anası obrazını yaradıb. Klip boyu maraqlı sənədli kadrlardan, müharibə şəraitini əks etdirən kadrlardan istifadə edilib.

Qeyd edək ki, Yasin Rauf Babayevin, Samir Cəfərovun tələbəsidir.

Yasin özü də bildirdi ki, toy bazarında sıradan bir müğənni olmaq istəmir, onun iddiası daha böyükdür. Yasin dünya səhnələrində klassik əsrlərlə Azərbaycanı təmsil etməyi düşünür.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693

Oxşar yazılar