Şotland qrupu İçəri Şəhərdə musiqili yürüş keçirəcək
19 noyabr 2010 11:10 (UTC +04:00)

Şotland qrupu İçəri Şəhərdə musiqili yürüş keçirəcək

Bu barədə Lent.az-a Nazirlər kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Məlumata görə, qrup tuluq zurnalarında ifa edərək yürüşə Qoşa Qala Qapıları meydanından başlayacaq və İçəri Şəhərin əsas küçələrindən keçməklə davam edəcəklər. Yürüşün son dayanacağı olan Qız Qalasının qarşısındakı meydanda daha davamlı, zəngin və maraqlı konsert proqramı nümayiş etdiriləcək. Musiqili yürüş Şotland xalqının himayədarı və İsa peyğəmbərin apostolu Müqəddəs Endryunun doğum gününə həsr edilib.

13 il bundan əvvəl yaradılmış Bakı Kaledoniya Cəmiyyəti tərəfindən hər il bu gün münasibəti ilə xeyriyyə gecəsi keçirilir və gecənin bir hissəsi kimi Şotland milli musiqi alətləri ifaçıları qrupunun musiqili yürüşü təşkil edilir. Eyni zamanda tədbir mədəniyyətlərarası dialoqun gücləndirilməsinə və iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər kəsi 20 noyabr saat 13:00 da artıq ənənə halını almış və İçəri Şəhərdə ikinci dəfə həyata keçirilən bu yürüşə qoşulmağa dəvət edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1159

Oxşar yazılar