Aygün Bayramova: “Mən elə söz deməmişəm”
Bunu Lent.az-a Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Aygün Bayramova deyib. Onun sözlərinə görə, “ATV maqazin”də yayımlandığı kimi, “toya 15 dəqiqəsi 7 min manata gedirəm” ifadəsini işlətməyib: “Məndən soruşdular ki, “7 minə toya getmisiz?” Dedim getmişəm. Sonra soruşdular “bütöv toya?”. Mən də dedim ki, ümumiyyətlə bütöv toyu çox nadir hallarda oxuyuram. Adətən yarım saatlığa, bəzən 15 dəqiqəlik gedirəm. Mən sözümün ağasıyam. Nə dediyimi bilirəm. Amma mən “toyun 15 dəqiqəsini 7 minə gedirəm” sözünü deməmişəm”.
Aygün Bayramova səslənən qiymətin Azərbaycan üçün inandırıcı olmadığını da bildirib: “Normal adam anlayır ki, bu qiymət Azərbaycan reallığına uyğun deyil. Mən inanmıram, bizdə bir müğənniyə toyda 15 dəqiqə oxuması üçün 7 min manat verələr. Yenə deyirəm ki, mən elə söz deməmişəm. Dediklərimi istədikləri şəkildə montaj edib özlərinə sərf edən formada göstəriblər. Ona görə də özümə söz vermişəm ki, bir də onların suallarını cavablandırmayacam”.
Xəyalə

Oxşar yazılar

Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30