“Turan” muğam qrupu “BBC-3”ün yubileyində çıxış edəcək
Qrupun solisti xanəndə Qoçaq Əsgərovun Lent.az-a verdiyi məlumata görə, onlar dəvəti BBC-3 radiosunun rəhbərliyindən alıblar. YUNESKO-nun eksperti Sənubər Bağırovanın yaxından iştirakı ilə musiqiçilər orada yarım saatlıq konsert proqramı ilə çıxış edəcəklər: “Bütün dünya dinləyicilərinin maraqla dinlədiyi “Dünya musiqi yolları” verilişinin 10 yaşı tamam olur. Qeyd edim ki, 10 illik zaman kəsiyində verilişin əməkdaşları əksər ölkələrin peşəkar musiqiçiləri haqqında maraqlı verilişlər hazırlayıb, musiqilərini təqdim ediblər”.
Bu verilişlərdən birini Qoçaq Əsgərovun çıxışı və Azərbaycan musiqisinin tarixi təşkil edib. Bundan sonra sıx yaradıcılıq əməkdaşlığı quran radio əməkdaşlarının yolu ölkəmizdən düşüb. Bu günə qədər muğamlarımız, aşıq musiqilərimiz, instrumental musiqiçilərin çıxışı BBC-3-ün proqramları sırasında səslənib. Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalını işıqlandıran əcnəbi informasiya ötürücüləri sırasında BBC radiosunun da adı hallanır.
Məşhur informasiya və musiqi dalğası “Dünya musiqi yolları”nın yubileyi proqramına növbəti dəfə Azərbaycan muğamlarını daxil etmək niyyətini Sənubər xanıma rəsmi dəvət şəklində açıqlayıb. Bəlli olub ki, bu seçim 4 ölkənin musiqiçilərinə verilib ki, bunlardan da biri bizim ölkənin payına düşüb. Həmin musiqiçilərin çıxışını geniş dinləyici kütləsinə “Sooas” Universitetinin professoru Lyusi Duran təqdim edəcək.
Dekabrın 1-dək davam edəcək səfər çərçivəsində musiqiçilərimizin sözügedən universitetdə çıxışı da nəzərdə tutulub. Eyni zamanda, musiqiçilərimizlə bir sıra yeni əməkdaşlıq görüşü keçiriləcək.
Xatırladaq ki, səfər konsertlərində Qoçaq Əsgərovu tarda əməkdar artist Malik Mansurov, kamançada Elnur Mikayılov, nağarada Şükür Əliyev müşayiət edəcəklər.
Lalə Yusifqızı

Oxşar yazılar

Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30