
Yaşar Nurinin xanımı: “Nə gözlərini açır, nə də danışır...”
Noyabrın 9-dan Türkiyənin “Memorial” Xəstəxanasının reanimasiya şöbəsində müalicəsi davam etdirilən xalq artisti Yaşar Nurinin vəziyyətində heç bir irəliləyiş yoxdur. Aktyorun həyat yoldaşı Rəhimə xanımın Lent.az-a verdiyi məlumata görə, xəstənin vəziyyəti olduğu kimi qalır: “Yenə reanimasiyadadır, yenə həmin vəziyyətdədir. Nə gözlərini açır, nə də danışır. Həkimlər buna icazə vermirlər. Yalnız yatılı vəziyyətdə olur. Əlbəttə ki, həkimlər durumunu yaxşılaşdırmağa çalışırlar. Ancaq bizə heç nə demirlər. Mən özüm də yaxınlaşıb nəsə soruşmağa qorxuram ki, birdən elə bir söz deyərlər, dözə bilmərəm”.
Rəhimə xanım onu da bildirib ki, axşam yenidən həyat yoldaşının yanına girəcək. Ondan sonra aktyorun durumu barədə yeni bilgi verə bilər.
Xəyalə Muradlı
Rəhimə xanım onu da bildirib ki, axşam yenidən həyat yoldaşının yanına girəcək. Ondan sonra aktyorun durumu barədə yeni bilgi verə bilər.
Xəyalə Muradlı
Oxşar yazılar

Kino Agentliyinə baş direktor təyin olundu
30 aprel 2025 , 13:52
Netfliksdə yeni serial: hər saniyə həyəcanda saxlayacaq
30 aprel 2025 , 10:14
Ən yaxşı 7 macəra filmi -VİDEO
29 aprel 2025 , 17:28
"Avatar"ın məşhur obrazı real həyatda necə görünür?
29 aprel 2025 , 15:22
Məşhur yazıçı öldürüldü
28 aprel 2025 , 22:08
2025-in ən yaxşı 5 komediya serialı -VİDEO
28 aprel 2025 , 17:56
Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı
28 aprel 2025 , 15:08