Çarli Çaplinin nəvəsi Bakı səhnəsində möcüzə yaratdı
Bu, Parisin “Kiçik saatlar kompaniyası”nın Viktoriya Tyere-Çaplin tərəfindən hazırlanmış “Aureliyanın oratoriyası” tamaşası olub. Lent.az-ın məlumatına görə, dünya şöhrətli komediya ustası Çarli Çaplinin qızı Viktoriya Tyere-Çaplin bu tamaşanı məxsusi olaraq qızı Aureliya Tyere üçün hazırlayıb. Tamaşanın konsepsiya müəllifi, quruluşçu rejissoru və səhnə tərtibatçısı da Viktoriya Çaplindir.
Dünyanın ən aparıcı səhnələrində, ən mötəbər festivallarda nümayiş etdirilən “Aureliyanın oratoriyası” 1 saat 15 dəqiqə antraktsız davam edir. Teatr tənqidçiləri bu tamaşanı “yeni sirk” janrına – dram, kukla, pantomim teatrlarının, sirk illüziyalarının sintezinə - aid edirlər. Tamaşa boyu dialoqlara, mətnlərə rast gəlmək mümkün deyil. Burada sirk tryukları, illüziya, rəqs, pantomim, musiqi və kukla teatr elementləri vəhdət təşkil edir. Tamaşa ustalıq, cəldlik, zəriflik, incə tərzdə qurulmuş plastika, fantaziya, fantasmaqorik hərəkətlərlə zəngindir. Azərbaycan tamaşaçısının indiyədək görmədiyi bu qeyri-adi tamaşa dünyanı tanımağa çalışan, nəticədə onun əsirinə çevrilən bir qızın həyatından bəhs edir. Tamaşada Aureliya Tyerenin tərəf müqabili istedadı ilə ondan geri qalmayan Ceymi Martinesdir. Bu iki aktyorun bənzərsiz oyunu səhnədə bir möcüzə yaratdı sanki.
2009-cu ildə moskvalıların sevgisilə qəbul olunan “Aureliyanın oratoriyası” Azərbaycan tamaşaçıları tərəfindən də çox böyük maraq və heyranlıqla, ayaqüstü alqışlarla qarşılanıb.
Qeyd edək ki, “Aureliyanın oratoriyası” noyabrın 13 və 14-də də Rus Dram Teatrında nümayiş olunacaq.
Xəyalə Muradlı

1206