Vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsi başlayır
Noyabrın 16-dan 21-ə kimi Bakıda Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi və “Bülbül” fondunun təşkilatçılığı ilə keçirilən müsabiqədə 11 ölkədən 79 nəfər ifaçının iştirakı gözlənilir.
Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun Lent.az-a verdiyi məlumata görə, müsabiqənin rəsmi açılış mərasimi noyabrın 16-da Azərbaycan Dövlət Filarmoniyasında olacaq. İ. Hümbətovun sözlərinə görə, müsabiqənin beynəlxalq tərkibli münsiflər heyətinə uzun illərdən bəri təkrarolunmaz müğənni və pedaqoq, unudulmaz sənətkar İrina Arxipova rəhbərlik edib. Bu il bu missiya opera səhnəsinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Yevgeni Nesterenkoya həvalə olunub. Müsabiqənin uzunillik tarixində ilk dəfə olaraq münsiflər heyətinin tərkibinə nəinki ifaçılar, həm də tanınmış menecerlər, prodüserlər, dünyada ən məşhur opera teatrlarının rəhbərləri daxildir. Elə ona görə də böyük nüfuz qazanan müsabiqədə iştirak etmək arzusunda olan gənc vokalçıların sayı ildən-ilə artır.
Xəyalə

Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07