“Sərginin digər məkanlarda keçirilməsi binanın qəza vəziyyətində olması ilə əlaqədardır”
Bunu Lent.az-ın sualını cavablandırarkən muzeyin baş elmi işçisi, Cəfər Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı deyib. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə muzeydə ekspozisiyanın nümayişi dayandırılıb: “Muzey qəza vəziyyətində olduğuna görə, məktəblilərin, ziyarətçilərin gəlməyi təhlükəli ola bilər. Ona görə də muzeyin səyyar sərgilərini müxtəlif məkanlarda təşkil edirik. Amma təbii ki, muzey öz fəaliyyətini dayandırmayıb”.
Q. Seyfəddinqızı bildirib ki, ötən əsrin 30-cu illərində tikilən, 1982-ci ildən isə muzey kimi fəaliyyət göstərməyə başlayan bu binanın əsaslı təmirə ehtiyacı var: “Təbii ki, bu müddət ərzində muzeydə bir neçə dəfə təmir işləri aparılıb. Amma son illər təmir olunmayıb, bu da öz təsirini göstərməmiş deyil. Bina özü köhnə binadır. Ona görə də əsaslı təmirə ehtiyac duyur. Ümid edirik ki, tez bir zamanda təmir başlayar. Çünki Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri muzeylə maraqlanıblar və təmirin həyata keçiriləcəyini deyiblər. O da ola bilsin ki, təmir zamanı bizi burdan köçürsünlər”.
Xəyalə Muradlı

Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07