Azərbaycanda analoqu olmayan teatr portalı layihəsi – FOTOLENT
Lent.az-ın məlumatına görə, konfrans iştirakçılarına portalı “Musiqi dünyası” jurnalının baş redaktoru Tariyel Məmmədov təqdim edib. Layihə barədə ətraflı məlumat verən T. Məmmədov portalın Azərbaycanın bütün teatrlarını əks etdirdiyini deyib. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hazırlanan böyük Azərbaycan teatrı portalı üç dildə - Azərbaycan, rus və ingilis dilində istifadəyə veriləcək: “Bu portalda 27 dövlət teatrı birləşib fəaliyyət göstərəcək. Bu portalın ürəyi, bünövrəsi informasiya məlumat xəzinəsi olacaq. Bunun içində böyük aktyorların, rejissorların səsləri, əlyazıları, foto və video sənədləri olacaq. Bütün dünyadakı teatrsevərlər bu portal vasitəsi ilə əsərlərlə, tamaşalarla tanış olmaq imkanı əldə ediləcək”.
T.Məmmədov bildirib ki, portalda “O olmasın, bu olsun”, “Koroğlu” operasından, “Yeddi gözəl” baletindən nümunələr, müxtəlif tamaşalar yer alacaq. Burada 252 saatlıq video material, teatr xadimlərinin 12500-ə qədər foto materialı yerləşdirilib. Bundan başqa tanınmış sənət adamlarının ifasında səslənən qəzəlləri dinləməklə gənclər, tələbələr onların düzgün deyiliş formasını da öyrənə bilər. Bir sözlə, bu veb sayt teatr haqqında məlumat kitabçası olacaq: “Portalda virtual ekspozisiya olacaq. Hər bir maraqlanan şəxs bir saat ərzində Azərbaycan teatrı haqqında gözəl məlumat edə biləcək. Bir ildən sonra böyük layihənin təqdimatını etmək fikrindəyik”.
Portalın pilot layihəsinin təqdimatından sonra konfransının rəsmi bağlanış mərasimi keçirilib. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev keçirilən teatr festivalının əhəmiyyətindən söz açıb və konfransa gələn qonaqlara öz təşəkkürünü bildirib.
Qeyd edək ki, noyabrın 8-dən start götürən konfrans çərçivəsində ayın 11 və 12-də də növbəti seminar və mühazirələrin oxunması nəzərdə tutulur.
Xəyalə Muradlı

Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07