Qənirə Paşayevanın “Dünyanın itirdiyi Böyük İnsan” kitabı təqdim edildi –
Lent.az-ın məlumatına görə, Türkiyə, Kipr səfirliklərinin nümayəndələrinin, ziyalıların iştirak etdiyi mərasim Atatürkün həyat və yaradıcılığını əks etdirən qısametrajlı sənədli filmin nümayişi ilə başlayıb.
Xəzər Universitetinin İdarə Heyətinin sədri Hamlet İsaxanlı bildirib ki, Atatürk haqqında olan kitabın təqdimat mərasiminin onun anım günündə keçirilməsi Qənirə Paşayevanın təşəbbüsü olub. H.İsaxanlı Atatürkün gənclik illəri ilə bağlı bəzi maraqlı məqamları da diqqətə çatdırıb.
Kitabın müəllifi Qənirə Paşayeva sayca 6-cı nəşri barədə məlumat verib. Kitabda Lent.az saytında, bir neçə digər mətbuat orqanlarında işıq üzü görən Atatürk haqqında silsilə məqalələrinin yer aldığını bildirib: “Təəssüf ki, son zamanlar kitab oxumağa meyl azalıb. Xüsusən də kütlə tərəfdən kitab oxunmur. Ona görə də daha sadə dildə tanıtmaq məqsədilə Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalının redaktəsi ilə bu kitab ortaya çıxdı. Kitabın adı ona görə “Dünyanın itirdiyi Böyük İnsan” adlandırılıb ki, Atatürkün vəfatı, yalnız şərq, türk aləminin yox, bütün dünyanın itkisidir. Hesab edirəm ki, Atatürkü tək anmaq yox, həm də anlamaq lazımdır. Onun bizə, bütün gəncliyə anlatmaq istədikləri dünən, bu gün, sabah da aktualdır. Bu nəşri də gəncliyə ünvanlanan bir kitabça hesab etmək olar”.
Q. Paşayeva onu da qeyd edib ki, kitab məktəblərə, universitetlərə, kitabxanalara və hərbi hissələrə pulsuz paylanacaq.
Tədbir xalq şairi Zəlimxan Yaqub, Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin baş katibi Yasin Goral və digər iştirakçıların çıxışları ilə davam edib.
Xəyalə Muradlı

1512