Beynəlxalq Teatr Festivalının “İpək Yolu” mərhələsi başlayır
Noyabrın 30-dək davam edəcək festival Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və “Procent” şirkəti, həmçinin Beynəlxalq Teatr İttifaqları Konfederasiyası tərəfindən təşkil olunub.
Teatr Xadimləri İttifaqından Lent.az-a verilən məlumata görə, festival çərçivəsində Fransa, Kanada və Belarus teatr kollektivləri Bakı səhnəsində çıxış edəcək.
Proqrama əsasən noyabrın 12, 13, 14-də Rus Dram Teatrının səhnəsində “Aureliyanın oratoriyası” tamaşası nümayiş olunacaq. Tamaşanın rejissoru Çarli Çaplinin qızı Viktoriya Çaplindir. Baş rolda isə Çarli Çaplinin nəvəsi Aureliya Çaplin iştirak edir.
Moskvalı rejissor Vladimir Pankovun Yanka Kupala adına Belarus Akademik Dram Teatrının bazasında səhnələşdirdiyi Çexovun “Toy” tamaşası noyabrın 20, 21, və 22-də Gənc Tamaşaçılar Teatrında göstəriləcək.
Festivalın son tamaşası isə Kanadanın tanınmış Eluaz sirkinin “Yağış” tamaşasıdır. “Yağış” noyabrın 25, 26, 27, 28, 29 və 30-da Rus Dram Teatrında nümayiş olunacaq.
Xəyalə

Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07