Mirzə Fətəli Axundov haqqında film çəkiləcək – EKSKLÜZİV
0
0
Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkiləcək filmə Ramiz Həsənoğlunun quruluş verəcəyi bildirilir. Bu xəbəri Lent.az-a təsdiqləyən Ramiz Həsənoğlunun sözlərinə görə, hazırda müəlliflə nazirlik arasında danışıqlar gedir: “Həm müəllif, həm də nazirliyin kino şöbəsi tərəfindən belə bir niyyət var ki, filmi mən çəkim. Amma hələ rəsmi heç nə yoxdu”.
R. Həsənoğlu ssenari ilə tanış olduğunu da deyib: “Film Axundovun həyat və yaradıcılığını əks etdirəcək. Filmin əsas personajı da Axundov özü olacaq. Bu obrazı kimin canlandıracağını hələ bilmirəm. Hər halda sınaq çəkilişlərindən ən layiqli namizədlər keçəcək”.
Xəyalə Muradlı