Əbülfəs Qarayev: “Sözsüz ki, pis aktyor kənarda qalacaq”
09 noyabr 2010 14:31 (UTC +04:00)

Əbülfəs Qarayev: “Sözsüz ki, pis aktyor kənarda qalacaq”

Amma bu o demək deyil ki, işçilərin hamısı gedəcək, işsiz qalacaq. Sonradan hansı tamaşalar qoyulacaqsa, ona uyğun rejissor və aktyorların yenidən qəbul olunması müqavilə əsasında həyata keçiriləcək”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Lent.az-ın Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivini müəyyənləşdirəcək komissiyanın tərkibi ilə bağlı sualını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, müvafiq komissiyanın tərkibi məlumdur. Ora mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəhbərlik edir: “Hər şey ədalətli olacaq. Mən tam əminəm ki, teatr ictimaiyyəti bu islahatları düzgün qəbul edərək, axınına düşərək çox maraqlı nəticələr əldə edəcək. Ümumiyyətlə, dünya teatrları müqavilə əsasında işləyir. Bu, təbii prosesdir. Bir rejissorun bir baxışı, o biri rejissorun o bir baxışı. Biz qəti şəkildə müəyyən şərtlər irəli sürmüşük. Hər tamaşanın iki truppası olmalıdır. Məsələn, hansısa bir aktyor zədə alanda ona görə tamaşa ləngiməməlidir. Bununla da biz demək istəyirik ki, bütün teatr kollektivləri işlə təmin olunacaq. Sözsüz ki, pis aktyor kənarda qalacaq. Buna təəccüblənmək lazım deyil. Bu proses başlanılır. Biz bu islahatlara gedirik. Bu islahatların da əsas məqsədi Azərbaycan teatr sənətinin səviyyəsini artırmaqdır”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar