
Bəstəkar Əfsər Cavanşirovun xatirə gecəsi keçirilib
Lent.az-ın məlumatına görə, tədbiri açan ittifaqın sədri xalq artisti, professor Firəngiz Əlizadə bəstəkarın həyat və yaradıcılığından danışaraq onun 1930-cu il noyabrın 8-də Füzuli rayonunun Horadiz kəndində anadan olduğunu qeyd edib. Bildirib ki, Əfsər Cavanşirov 1948-ci ildə orta məktəbi və 2 saylı uşaq musiqi məktəbini bitirdikdən sonra Bakı Musiqi Texnikumuna daxil olub. 1952-ci ildə texnikumu tamamlayıb. Elə həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olub. 1958-ci ildə professor Cövdət Hacıyevin sinfini bitirib: “Görkəmli bəstəkar elə həmin ildə də Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri şirkətinin “Bənövşə” uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri olub. Bu illər ərzində “Bənövşə” Uşaq Xorunda xalq artistləri Xuraman Qasımova, Flora Kərimova, Mələkxanım Əyyubova, əməkdar artistlər Firuzə İbadova, Azərin kimi neçə-neçə istedadlı vokalçılar və xanəndələr yetişib. Məhz buna görə də Əfsər müəllimi elə gəncliyindən “uşaqların maestrosu” adlandırırdılar”.
Firəngiz xanımın çıxışından sonra tədbir iştirakçıları “Bənövşə” Uşaq Xorunun ifasında bəstəkarın “Mübarək”, “Heydər babamız”, “Oyun oyuncaqlarım”, “Qurban olum”, “Olmasın” kimi mahnılarını dinləyiblər.
Xəyalə
Firəngiz xanımın çıxışından sonra tədbir iştirakçıları “Bənövşə” Uşaq Xorunun ifasında bəstəkarın “Mübarək”, “Heydər babamız”, “Oyun oyuncaqlarım”, “Qurban olum”, “Olmasın” kimi mahnılarını dinləyiblər.
Xəyalə
Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07