Mədəniyyət müəssisələrinin kollektivləri ağac əkmə aksiyası və bayram konserti keçirəcək
08 noyabr 2010 14:38 (UTC +04:00)

Mədəniyyət müəssisələrinin kollektivləri ağac əkmə aksiyası və bayram konserti keçirəcək

İdarədən Lent.az-a verilən məlumata görə, iki hissədən ibarət olan tədbir zamanı Hövsan qəsəbə İstirahət Parkının ərazisində yerli landşaft və iqlim nəzərə alınaraq 300 ədəd meyvə ağacı və 500 ədəd mövsümü gül, dekorativ kol əkiləcək. Saat 11.00-dan etibarən incəsənət ustalarının və musiqi məktəblərinin müəllim və şagird kollektivlərinin çıxışlarından ibarət konsert proqramı təqdim olunacaq. Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Suraxanı rayon İcra Hakimiyyəti nümayəndələri, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edəcək.

Məlumatda o da bildirilib ki, tədbirə hazırlıq işləri artıq bir həftədir başlayıb. Suraxanı rayonu Hövsan qəsəbə İstirahət Parkı ərazisində abadlıq işləri aparılıb, bayramın keçirilməsi üçün lazımi tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar