Görkəmli rejissor Hüseyn Seyidzadənin xatirə gecəsi keçirildi
Bu gün Dövlət Film Fondunda Azərbaycanın görkəmli rejissoru Hüseyn Seyidzadənin 100 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib. Fondun foyesində rejissorun həyat və yaradıcılığını əks etdirən, eyni zamanda film-çəkilişlərdən olan fotolar və kinolarının afişalarından ibarət sərgi nümayiş olunub.
Lent.az-ın tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, xatirə gecəsi Hüseyn Seyidzadənin həyat və yaradıcılığını əks etdirən slaydın nümayişi ilə başlayıb. Daha sonra fondun direktoru əməkdar incəsənət xadimi Cəmil Quliyev yubilyarın həyat və fəaliyyətindən danışıb. O bildirib ki, Hüseyn Seyidzadə Moskvada görkəmli kino ustaları Mixail Romm və Sergey Eyzenşteyndən dərs alıb, kinonun sirlərini onlardan əxz edib: “Hüseyn Seyidzadə aktyorların daxili aləmini üzə çıxaran rejissorlardan biri olub. Onun filmləri bu gün də yaşayır, sevilir və izlənilir”.
Daha sonra kinoşünas Aydın Kazımzadə görkəmli rejissorun həyat və yaradıcılığı barədə geniş məlumat verib. O Əlisəttar Atakişiyev, Əliağa Ağayevin də vaxtilə ona danışdığı xatirələri, film çəkiləri barədə maraqlı məqamları tədbir iştirakçıları ilə bölüşüb.
Xatirə gecəsində İlham Namiq Kamal, Ziya Şıxlinski də Hüseyn Seyidzadə barədə xatirələrdən danışıblar
Tədbirdə görkəmli rejissorun lentə aldığı “O olmasın, bu olsun”, “Dəli Kür”, “Qayınana” və “Koroğlu” filmlərindən fraqmentlər nümayiş olunub.
Xəyala Muradlı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06