
“Azdrama”nın aktyorları üçün xüsusi trenajor zalı açılıb – EKSKLÜZİV
Bir neçə gündür Teatr Xadimləri İttifaqında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorlarına vokal dərsləri keçirilir. Moskva təhsili görmüş müəllimlər plastika üzrə dərs keçir. Bunu Lent.az-a açıqlamasında teatrın direktoru İsrafil İsrafilov deyib. Onu da bildirib ki, aktyor və aktrisaların idmanla məşğul olması üçün xüsusi trenajor zalı da açılıb: “Mədəniyyət və Turizm Nazirliyi bizə bütün avadanlıqları olan gözəl bir idman zalı bağışlayıb. Bu, ona görədir ki, aktyor da idmançı kimi daim formada olmalıdır. Aktyor, aktrisalar da balerinalar kimi zərif, füsunkar görünməlidir. İncəsənətə bəzən estetika, gözəllik sənəti deyirlər. O gözəlliyi tamaşaçı harda görməlidir? Əgər aktyor və ya aktrisa gözəlliyi bəxş edə bilmirsə, gözəlliyi səhnədən zala sirayət etmirsə, bu problemi özündə axtarmalıdır. Mən bunu onların özü üçün deyirəm. Çünki aktyor şişmanlaşanda bir sıra rolları artıq oynaya bilmir, yaradıcılığı məhdudlaşır”.
Xəyalə Muradlı
Xəyalə Muradlı
Oxşar yazılar

16 dəfə evlənən Xalq artisti ürək ağrısı ilə xəstəxanaya yerləşdirildi
26 aprel 2025 , 16:44
Barış Manço filmi niyə ləğv edildi?
26 aprel 2025 , 14:45
Bu 6 film stresinizi azaldacaq - VİDEO
26 aprel 2025 , 12:51
Fərrux Zakirov - Musiqi qrupu yaratdı, 5 ölkənin Xalq artisti adını aldı, nazir çalışdı
25 aprel 2025 , 20:15
Orkestrə niyə dirijor lazımdır?
25 aprel 2025 , 19:06
“Torpağa 60-70 santimetr dərinlikdə qan hopmuşdu” – "Ölüm Zirzəmisi"ndən REPORTAJ
25 aprel 2025 , 14:01
Zamanla bağlı fikirlərinizi dəyişəcək 10 sitat
24 aprel 2025 , 18:45