Azərbaycanın Macarıstandakı səfirliyində sərgi və konsert keçirilib
28 oktyabr 2010 13:59 (UTC +04:00)

Azərbaycanın Macarıstandakı səfirliyində sərgi və konsert keçirilib

Səfirlikdən Lent.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan səfir Vilayət Quliyev bildirib ki, belə sərgilər iki xalqın mədəniyyətlərinin qarşılıqlı təbliği istiqamətində mühüm vasitədir. Səfir belə tədbirlər üçün səfirliyin qapılarının hər zaman açıq olduğunu vurğulayıb, onların keçirilməsinin gələcəkdə də davam etdirilməsinin zəruriliyini qeyd edib.

Rəssam Şipoş isə öz növbəsində sərginin keçirilməsində göstərdiyi dəstəyə görə, səfirliyə öz təşəkkürünü bildirib və yaradıcılıq fəaliyyəti ilə bağlı qonaqlara qısa məlumat verib.

Daha sonra tədbir səfirliyin konsert zalında macar pianoçusu, beynəlxalq müsabiqələr laureatı Renata Konyiçkanın ifasında konsert proqramı ilə davam etdirilib. Konsert proqramında R.Konyiçka tərəfindən V.A.Mosart, F.List, F.Şopenin əsərləri ifa olunub.

Tədbirdə Macarıstan ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporu üzvləri, habelə Macarıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610

Oxşar yazılar