Goranboy rayon Mərkəzi Kitabxanası əsaslı təmir olunub - FOTO
Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, Goranboy rayon Mərkəzi Kitabxanası əsaslı təmir olunub, fasadı yenidən qurulub, müasir informasiya texnologiyaları, inventar və avadanlıqlarla təmin edilib.
Respublikada ilk dəfə olaraq Qızılhacılı, Təhlə, Yeniyol, Xanqərvənd kənd kitabxana filiallarının bazasında modern tipli kənd kitabxana filialları yaradılıb. Sözügedən kitabxana filialları əsaslı şəkildə yenidən qurulub, inventar və avadanlıqlarla təmin olunub.
Qızılhacılı modern kənd kitabxana filialı uşaq ədəbiyyatı ilə zənginləşdirilib. Burada geniş konfrans zalı, qəsəbə haqqında məlumat verən guşələr, habelə rayonun qədim tarixini əks etdirən eksponatlar oxuculara nümayiş etdirilir.
Bundan başqa, Yolqulular, Qaramusalı kənd kitabxana filialları üçün də yeni binalar inşa olunaraq istifadəyə verilib. Dəliməmmədli şəhər uşaq kitabxanası, Borsunlu, Məşədiqaralar, Abbasqulular, Səfikürd kənd kitabxana filialları isə əsaslı təmir olunub.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06