86 mükafat sahibi Seyran Cəfərlinin Azərbaycanda ilk karikatura sərgisi açıldı
Lent.az-ın məlumatına görə, sərgini mərkəzin rəhbəri Gülnarə Axundova açaraq, karikatura sənətinin hazırda jurnalistikanın tərkib hissəsi olmadığına təəssüfləndiyini deyib. O bildirib ki, sərginin keçirilməsində məqsəd mətbuat orqanları rəhbərlərinin, baş redaktorların diqqətini bu sahəyə yönəltməkdir: “Bu karikaturaların ən layiqli yeri mətbuat orqanları ola bilərdi. Bizim bu sərgini açmaqda məqsədimiz də mətbuatın diqqətini karikaturaya yönəltməkdir. Seyran Cəfərliyə heç kim dəstək olmur, bütün işləri tək görür. Ona bu fədakarlığına görə təşəkkür edirik”.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin qeyd edib ki, hazırda Amerika jurnalistikasında karikaturalardan geniş istifadə olunur. Belə ki, ABŞ-da siyasi karikaturaçılar sosial və siyasi şərhçilər hesab olunur və onların əsərləri demək olar ki, əsas səhifələrdə çap edilir. Kis Bin ümidvar olduğunu bildirib ki, Seyran Cəfərlinin və onun həmkarlarının əsərləri üçün yazılı və elektron mediada yer tapılacaq.
Seyran Cəfərli isə çıxışında onun ilk sərgisini təşkil edən Media Mərkəzinə təşəkkürünü bildirib. O, indiyədək sərgisinin keçirilməməsini maliyyə problemləri ilə əlaqələndirib. Sərgilənən 50-dən artıq karikaturanın daha çox sosial mövzulara həsr olunduğunu vurğulayıb.
Qeyd edək ki, Seyran Cəfərli Azərbaycanda yeganə karikaturaçıdır ki, 10 il ərzində müxtəlif beynəlxalq müsabiqələrdən 86 mükafat qazanıb.
Xəyalə Muradlı

Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07