İlhamə Quliyeva: “...Türkiyəyə gedəndən gələnə qədər məni diqqətsiz buraxmadı” - FOTO
27 oktyabr 2010 13:25 (UTC +04:00)

İlhamə Quliyeva: “...Türkiyəyə gedəndən gələnə qədər məni diqqətsiz buraxmadı” - FOTO

Müğənni Lent.az-a açıqlamasında qardaş ölkədə doğma, isti münasibət gördüyünü deyib: “Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Türkiyəyə gəldiyim ilk gündən Vətənə dönənə qədər məni diqqətsiz buraxmadı. Baş konsul məni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunacaq gecəyə dəvət edib. Hazırda o gecə üçün xüsusi proqram hazırlayıram”.

Klipi “TMB” kanalı tərəfindən lentə alınan müğənni türklərin hədsiz rəğbətindən də danışıb: “Media vasitəsilə “TMB” kanalının prezidenti Naim Burak Elçiyə, həmyerlimiz, kanalın genel direktoru Nazilə xanım Abbaslıya təşəkkür edirəm. Klip çəkilişi zamanı çox əziyyət çəkdilər, sağ olsunlar. Naim bəyə media vasitəsilə deyirəm ki, bütün əziyyətini halal etsin, var olsun, min yaşasın.

Həmçinin İstanbul Azərbaycanlıları Kültür və Sənət Mərkəzinin rəhbəri Erol Göllü və onun xanımından böyük diqqət və hörmət gördüm, sağ olsunlar. Mən o mərkəzə fəxri üzv seçilməyimdən məmnunam. Türkiyədə olarkən bir neçə solo konsertlər üçün təkliflər də aldım”.

İlhamə Quliyeva bir məqama da toxunub: “Naim Burak Elçi TMB kanalı vasitəsilə Azərbaycanla Türkiyəni sıx bağlayır. Onun Azərbaycan xalqına sevgisi və 20 il Türkiyədə yaşayan Nazilə Abbaslı ilə bağlılığı mənə hər zaman xoş təəssüratlar bağışlayıb. Baxmayaraq ki, kanal maddi cəhətdən əziyyət çəkir, hər bir şeyə rəğmən Azərbaycan üçün gördüyü işlər çox xoşagəlimlidir. Arzu edərdim ki, Azərbaycanda imkanlı şəxslər bu kanala maddi cəhətdən dəstək olsunlar. Bu günlərdə Milli Televiziya və Radio Şurası qərar verdi ki, Azərbaycan Dövlət Televiziyasında üçüncü mədəniyyət kanalı açılsın. İnanıram ki, “TMB” kanalı tezliklə Mədəniyyət kanalı ilə əməkdaşlığı həyata keçirəcək. Hesab edirəm ki, bu xidmət dünyada yaşayan soydaşlar və Azərbaycanda yaşayan vətəndaşlarımız üçün yerinə düşər”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765

Oxşar yazılar