Mənsum İbrahimovun yubileyi Abşeronda da qeyd olundu
26 oktyabr 2010 17:00 (UTC +04:00)

Mənsum İbrahimovun yubileyi Abşeronda da qeyd olundu

Lent.az-ın məlumatına görə, tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şair, professor Ənvər Əhməd, xalq şairi Nəriman Həsənzadə, xalq artistləri Tələt Qasımov, Ramiz Quliyev, Siyavuş Kərimi və digər sənət adamları, Abşeron ictimaiyyəti iştirak edib. Gecənin aparıcısı əməkdar artist Azad Şükürov olub.

Tədbir əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədovun Mənsum İbrahimov haqqında hazırladıqları 18 dəqiqəlik filmin nümayişi ilə başlayıb. Daha sonra xanəndənin həyat və yaradıcılığı barədə çıxışlar olub.

Yubiley mərasimində Firuz Səxavət, Simarə İmanova, Təyyar Bayramov, İlkin Əhmədov, Elnur Zeynalov, Güllü Muradova və muğam müsabiqəsinin digər qalibləri öz mahnılarını səsləndiriblər.

Sonda Mənsum İbrahimov tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib, sənət dostları Elçin Həşimov və Elnur Əhmədovun müşayiəti ilə “Şahnaz” muğamını ifa edib.

Tədbir AzTV tərəfindən lentə alınıb və oktyabrın 31-də efirə verilməsi gözlənilir.

Qeyd edək ki, Mənsum İbrahimovun yubileyinə həsr olunmuş dövlət tədbiri noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814

Oxşar yazılar