Vasif Adıgözəlovun yubileyi Musiqili Komediya Teatrında da qeyd olunacaq
Bu münasibətlə oktyabr ayının 30-da bəstəkarın Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulan “Aldın payını, çağır dayını” (libretto müəllifi Anar) tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tamaşada əsas rollarda xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Gülnar Salmanova, Ramiz Məmmədov və Əkbər Əlizadə, aktyorlardan Novruz Qartal, Nahidə Orucova, Gülçöhrə Abdullayeva, Nərgiz Kərimova, Fərid Əliyev və başqaları çıxış edəcək. Orkestrin dirijor pultu arxasında isə əməkdar artist Ziya Bağırov dayanacaq.
Həmin gün eyni zamanda, bəstəkarın həyat və yaradıcılığı barədə sənətşünaslıq namizədi, musiqişünas Ceyran Eminqızının tamaşa öncəsi çıxışı və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanmış “Vasif Adıgözəlov - 75” sərgisinin nümayişi də planlaşdırılır.
Xəyalə

Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07