Kitabxanalar və kitabxanaçılar üçün ilk müsabiqə
Nazirlikdən Lent.az-a verilən məlumata görə, “İlin kitabxanası” baxış-müsabiqəsinin məqsədi şəhər, rayon, kənd həyatında kitabxanaların rolunun artırılması, kitabxanaçıların yaradıcı potensialının inkişaf etdirilməsi, kitabxanaçı peşəsinə və bütövlükdə kitabxanaların fəaliyyətinə ictimaiyyətin və hakimiyyət orqanlarının diqqətinin cəlb edilməsidir. Müsabiqədə şəhər (rayon) mərkəzi kitabxanası, uşaq kitabxanası, kənd kitabxana filialı nominasiyaları mövcuddur.
“İlin kitabxanaçısı” respublika müsabiqəsinin əsas məqsədisə ictimai şüurda kitabxanaların mədəniyyət və təhsil sisteminin ayrılmaz tərkib hissəsi olması haqqında təsəvvür formalaşdırılması, kitabxana işçilərinin öz imkanlarını reallaşdırması, onların yaradıcılıq potensialının üzə çıxarılması üçün şərait yaradılması, habelə kitabxanaçı peşəsinin nüfuzunun artmasıdır.
Müsabiqələrin qalibləri nazirliyin fəxri fərmanı, pul mükafatları ilə təltif ediləcək, habelə kitabxana-informasiya sahəsində keçirilən beynəlxalq “Krım” və “Anapa” konfranslarında iştirak etmək imkanları əldə edəcəklər.
Xəyalə

1336