Nəzakət Teymurovanı səhnədə tələbəsi əvəz edəcək
21 oktyabr 2010 13:44 (UTC +04:00)

Nəzakət Teymurovanı səhnədə tələbəsi əvəz edəcək

Xanəndə tələbəsini bu dəfə də “Aşıq Qərib” operasında Şahsənəm roluna hazırlaşdırır.
Nəzakət Teymurovanın Lent.az-a verdiyi məlumata görə, məşqlər hələ də davam edir. 15-20 günə Vüsalənin rolu tam hazır olacaq: “Son rejissor mizanları qalır. Vokal tərəfdən də demək olar ki, hazırdır. Tamaşa repertuara salınandan sonra Vüsalə Şahsənəm obrazı ilə səhnəyə çıxacaq. Ümid edirəm ki, bu rolun da öhdəsindən layiqincə gələcək və bəyəniləcək. Çünki Vüsalənin ifasında Leyli obrazı da tamaşaçılar tərəfdən yaxşı və maraqla qarşılandı. “Leyli və Məcnun”un axırıncı məşqlərinə qədər onun yanında oldum, məsləhətlərimi verdim. “Aşıq Qərib”də də eləcə, əlimdən gələn hər köməyi tələbəmdən əsirgəmirəm”.


Muğam ifaçısı onu da bildirib ki, tələbəsini xarici görünüş, vokal imkanları və aktyor oyunu baxımından səhnəyə uyğun hesab edir: “Ümumiyyətlə, səhnə gəncliyi sevir. Vüsalə Musayeva da gənc və istedadlı ifaçıdır. Yaxşı plastikası, səs imkanları, ifası var. Bütün bu keyfiyyətlərini nəzərə alaraq onu səhnəyə çox yaraşdırıram”.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1551

Oxşar yazılar