“7-ci mərtəbə” kataloqa salındı
20 oktyabr 2010 14:49 (UTC +04:00)

“7-ci mərtəbə” kataloqa salındı

Kataloqun dizaynı və tərtibatı əsərlərin fotoşəkillərinin çəkilişi əməkdar rəssam, fotoqraf-dizayner Tahir Məmmədov tərəfindən həyata keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun Lent.az-a verdiyi məlumata görə, bu rəssamların əsərlərindən ibarət “7-ci mərtəbə” adlı sərgi də açılacaq. Sərginin adı şərti olaraq, rəssamların emalatxanalarının yerləşdiyi 7-ci mərtəbədən götürülüb: “Azərbaycan və dünya təsviri sənətinin ənənələrindən yaradıcı surətdə faydalanan bu rəssamlar şərti olaraq 7-ci mərtəbə rəssamları adlandırılır. Onlar incəsənətimizin xəzinəsinə öz layiqli töhfələrini verir, keçirilən bir çox beynəlxalq və respublika əhəmiyyətli sərgilərdə iştirak edərək, milli mədəniyyətimizin təbliğinə xidmət göstərirlər. Səmərəli bədii yaradıcılıq fəaliyyətlərini, təsviri sənətin inkişafına göstərdikləri xidmətləri nəzərə alaraq, 7-ci mərtəbə rəssamlarının yaradıcılığının təbliği və əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə bu sərgi təşkil olunacaq”.

İ.Hümbətovun sözlərinə görə, “7-ci mərtəbə” adlı sərginin açılışı oktyabrın 22-də Muzey Mərkəzində olacaq, həm də eyni adlı kataloqun təqdimat mərasimi keçiriləcək. Sərgidə Namiq Məmmədov, Tofiq Qəzənfərov, Yavər Sultanov, Rüfət Salamov, Məmməd Mustafayev, Hüseyn Haqverdiyev, Anar Hüseynzadə, Emin Əsgərov, Nadir Bayrışov, Fikrət İbrahimli, Elxan Muradzadə, Aydın Tağıyev, Tarverdi Quliyev, Natiq Səfərov, Bəhram Xəlilovun əsərləri nümayiş olunacaq.
Sərgi oktyabrın 28-dək davam edəcək.
Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858

Oxşar yazılar