
Fuad Poladov “Azdrama”nın səhnəsinə qayıdır – EKSKLÜZİV
Lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, xalq artisti Fuad Poladov bir neçə illik fasilədən sonra yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək. Bunu Lent.az-a Fuad Poladov özü bildirib. Onun sözlərinə görə, bu ayın axırında Azər Paşa Nemətovun layihəsi əsasında yeni tamaşanın məşqlərinə başlanacaq. Aktyor Azərbaycan teatr səhnəsində ilk dəfə səhnələşdiriləcək Lev Tolstoyun “Hacı Murad” əsərində əsas obrazı yaradacaq. Tamaşa yenicə təmirdən çıxmış Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq: “Bu, Azər Paşa Nemətovun layihəsidir. Tamaşaya təbii ki, özü quruluş verəcək. Məni də Hacı Murad roluna o dəvət edib. Ancaq hələ rol bölgüsü olmadığından tamaşada başqa hansı aktyorların oynayacağı məlum deyil”.
Xatırladaq ki, Fuad Poladov “Azdrama”nın səhnəsində son dəfə 2002-ci ildə Vilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolunu uğurla oynayıb.
Xəyalə MURADLI
Xatırladaq ki, Fuad Poladov “Azdrama”nın səhnəsində son dəfə 2002-ci ildə Vilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolunu uğurla oynayıb.
Xəyalə MURADLI
Oxşar yazılar

Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11