Əməkdar artist Təyyar Bayramov Çinə gedir
Xanəndə bildirib ki, Şanxay şəhərinə Azərbaycandan böyük bir nümayəndə heyəti yola düşür: “Səfərin məqsədi Azərbaycan mədəniyyətini, incəsənətini və milli mətbəximizi təbliğ etməkdir. Azərbaycan nümayəndə heyətinin sıralarında Azərbaycan Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov da var. Dünyanın bir çox ölkələrinin iştirak edəcəyi ənənəvi mərasimdə Azərbaycandan gedən incəsənt nümayəndələri Azərbaycan mədəniyyətini yüksək səviyyədə nümayiş etdirmək üçün əməlli-başlı hazırlaşıblar”.
Təyyar Bayramov səfər zamanı bir neçə konsert proqramı ilə çıxış edəcək: “Konsert proqramlarında muğam dəsgahı və xalq mahnısı ifa edəcəyəm”.
Qeyd edək ki, Təyyar Bayramov bu yaxınlarda İranda keçirilən Azərbaycan mədəniyyət günlərində də iştirak edib.
Müğənni yeni layihələri barədə də açıqlama verib: “İki yeni disk üzərində çalışıram. Paralel hazırlanan disklərin birində klassik muğamlarımız yer alacaq. Yəni alboma muğam dəsgahı və xalq mahnısı daxil olacaq. Yaxın gələcəkdə xalq mahnılarından birinə klip çəkdirməyi də düşünürəm. Bu yaxınlarda Müslim Maqomayevin 125 illik yubileyinə həsr olunan tamaşada növbəti dəfə Şah İsmayıl kimi səhnəyə çıxdım. 2005-ci ildən bu rolu demək olar ki, dublyorsuz oynayıram, bu dəfə də böyük tamaşaçı alqışı qazandım”.
Lalə Yusifqızı

936