Bəstəkar Rəşid Şəfəqin 70 illik yubileyidir
Rəşid Şəfəqin Lent.az-a verdiyi məlumata görə, onun yubileyi ilə əlaqədar bir neçə tədbir keçiriləcək. Lakin dəqiq vaxt hələ məlum deyil. Bəstəkar 70 yaşının olmasına baxmayaraq, özünü çox yaxşı hiss etdiyini deyib.
Qeyd edək ki, Əliyev Rəşid Camal oğlu (Rəşid Şəfəq) 1940-cı il oktyabrın 13-də anadan olub. Daha çox uşaq mahnılarının müəllifi kimi tanınır.
“Səfeh siçan balası” uşaq opera-nağılı (1990), “Baş tutmayan hiylə” uşaq musiqili nağıl-komediyası (1991), “Tülkü, Tülkü, Tünbəki...” komik folklor nağıl-operası (1993), “Bayquşların söhbəti” uşaq nağıl-operası (1992), “Qiymətlərin sərgüzəşti” uşaqlar üçün müzikl (1998), “Ana” üçpərdəli operası (H. Cavidin eyni adlı dramı əsasında, 1999), “Cırtdan” uşaq operattası (Azərbaycan xalq nağılı əsasında) kimi əsərləri var.
O, “Hüseyn Cavid-III” xatirə rekviyem-poeması, “Simfoniyetta”, “Balaca Elnurun musiqi albomu”, “Balaca Camalın musiqi albomu”, “Uşaq və gənclər üçün musiqi”, “Cəngavərlər” vokal-xor silsiləsi, “Anamın bayramı” vokal-xor silsiləsi, “Ana torpaq – Qarabağ” mahnılar silsiləsi, “Rahab” muğam-poemasının müəllifidir.
Xəyalə

Oxşar yazılar

Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11