Sankt-Peterburqda yaşayan həmyerlimiz Bakı səhnəsində Karmeni oynayacaq
12 oktyabr 2010 17:46 (UTC +04:00)

Sankt-Peterburqda yaşayan həmyerlimiz Bakı səhnəsində Karmeni oynayacaq

Reqina Rüstəmova oktyabrın 24-də J. Bizenin “Karmen” operasının tamaşasında əsas partiyanı – Karmen rolunu ifa edəcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Karmen” operasının tamaşasında digər əsas rollarda teatrın aparıcı solistlərindən əməkdar artistlər, Vokalçıların Bülbül adına beynəlxalq müsabiqələrinin laureatları Həsən Enami (Xoze), Əvəz Abdullayev (Eskamilio) və Fəridə Məmmədova (Mikaella) iştirak edəcək.


Tamaşanın dirijorluğu isə Rusiyanın əməkdar artisti, dövlət mükafatı laureatı, Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri, professor Andrey Anixanova həvalə olunub.


Qeyd edək ki, Reqina Rüstəmova vokalçıların 2006-cı ildə Moskvada keçirilən 14-cü Beynəlxalq “Bella voce” müsabiqəsinin diplomantıdır. 2008-ci ildə Finlandiyanın Mikkele şəhərində Vokal Akademiyasında təcrübə keçib, Y.Obraztsova, V.Atlantov və M.Kasraşvilinin ustad dərslərində iştirak edib. 2009-cu ildən Mariinski adına teatrın solistidir. Bu teatrda C.Rossininin “Zoluşka” operasında Zoluşka, “Sevilya bərbəri”ndə Rozina, P.Maskaninin “Kənd namusu” operasında Santutsa, J.Bizenin “Karmen” operasında Karmen, N.Rimski-Korsakovun “May gecəsi” operasında Qanna və “Çar gəlini”ndə Lyubaşa rollarını ifa edir. Reqina Rüstəmova Mariinski teatrı truppasının tərkibində aparıcı solistlərlə birlikdə Danimarka, İsveç, Finlandiya, Türkiyə, Macarıstan və Hollandiyada solo konsertlərlə çıxış edib.


Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 950

Oxşar yazılar