Latviyalı nazir İçəri Şəhərdə olub
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, qonaqların İçəri Şəhərlə tanışlığı Bakı şəhərinin simvolu olan Qız Qalası abidəsi ilə başlayıb. Sonra qonaqlar Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisindəki müxtəlif dövrlərə aid bədii daşyonma sənətinin nümunələrinə tamaşa ediblər. Buxara Karvansarası ilə tanışlıq zamanı bu abidələrin Azərbaycanın şərq ölkələrilə zəngin tarixi, iqtisadi-mədəni əlaqələrə malik olmasının göstəricisi olduğu bildirilib. Qonaqlara Qoşa Qala Qapıları, meydan və Qala divarlarının tarixi barədə geniş məlumat verilib.
İçəri Şəhər ərazisi ilə tanışlıq zamanı Y. Duklavs və qonaqlar “Şirvanşahlar Sarayı Kompleksi” və Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra paytaxtın Bakıya köçürülməsi barədə məlumatlandırılıb.
Latviyalı qonaqlar 2002-ci ildə açılmış Miniatür kitab muzeyinin ekspozisiyası ilə də tanış olublar. Muzeyin təsisçisi Zərifə Salahovanın 27 il ərzində topladığı 6000-dən çox miniatür kitab qonaqların heyrətinə səbəb olub. Muzeydə Latviyada çap olunmuş miniatür kitabların da olduğu vurğulanıb.
Daha sonra nazirə avstriyalı mütəxəssis E. Pummer tərəfindən dünya əhəmiyyətli abidə Məhəmməd məscidi və burada aparılan muzey konservasiya işləri barədə məlumat verilib.
Gəzinti Latviyanın əkinçilik naziri Yanis Duklavsın İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini qeyd etməsi ilə yekunlaşıb.

Oxşar yazılar

Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11