Sankt-Peterburqlu dirijorun Azərbaycanda ilk tamaşası “Karmen” olacaq
Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, A. Anixanovla bağlanmış bir illik müqavilə çərçivəsində o, klassik opera və balet tamaşalarını idarə edəcək, simfonik orkestrlə işləyəcək və solistlərlə fərdi şəkildə məşğul olacaq.
A. Anixanovun bu mövsümdə ilk çıxışı oktyabrın 24-də baş tutacaq. Həmin gün o teatrda Jorj Bizenin “Karmen” operasının tamaşasını idarə edəcək. Bu tamaşada Opera və Balet Teatrının solistləri ilə birlikdə Karmen rolunda Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrının solisti, həmyerlimiz Reqina Rüstəmova çıxış edəcək.
Opera və Balet Teatrının direktoru Akif Məlikov tanınmış dirijorun Azərbaycan teatrına dəvət edilməsini böyük hadisə hesab edib: “Andrey Anixanov çox istedadlı bir dirijordur. O, uzun illər Musorqski-Mixaylovski adına Sankt-Peterburq Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. O, Yaponiya, ABŞ, İtaliya, Fransa, Almaniya, İspaniya, Portuqaliya, Polşa, Finlandiya, Böyük Britaniya və başqa ölkələrin simfonik orkestrlərinə uğurla dirijorluq edib. Əminəm ki, Andrey Anixanovun il ərzində bizim simfonik orkestr və solistlərimizlə birgə işi yaradıcı fəaliyyətimizin yüksəlməsinə səbəb olacaq və gözəl nəticələr verəcək”.
Xəyalə

Oxşar yazılar

Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29