Səməd Vurğunun ev-muzeyi əsaslı təmir olunacaq
06 oktyabr 2010 15:14 (UTC +04:00)

Səməd Vurğunun ev-muzeyi əsaslı təmir olunacaq

Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə Səməd Vurğunun ev-muzeyinin direktoru Aygün Vəkilova açaraq buranın yaranma tarixindən danışıb. O bildirib ki, Azərbaycanda ilk memorial muzey olan Səməd Vurğunun ev-muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılış mərasimi olub. Mərasimdə Heydər Əliyev də iştirak edib.


Daha sonra muzeyin açılışı ilə bağlı video yazı nümayiş olunub.


Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Əli İsmayılov 35 il ərzində muzeydə elmi-tədqiqat işlərinin aparıldığını, kadrların hazırlandığını, müxtəlif maraqlı tədbir və sərgilərin keçirildiyini bildirib. Onu da əlavə edib ki, yaxın vaxtlarda Səməd Vurğunun ev-muzeyi yaxın vaxtlarda əsaslı təmir olunacaq və yeni ekspozisiya hazırlanacaq. Bununla əlaqədar olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq tapşırıqları da var.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1733

Oxşar yazılar