Azərbaycanda I Beynəlxalq Ozan Aşıq Festivalı başlayır
Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun Lent.az-a verdiyi məlumata görə, festivalın açılış mərasimi oktyabrın 22-də Heydər Əliyev Sarayında baş tutacaq. Bağlanış mərasimi isə oktyabrın 28-də Gəncədə keçiriləcək. Bu günlər ərzində festival Qazax, Tovuz, Şəmkir, Gədəbəydə davam edəcək. İlk dəfə təşkil olunan beynəlxalq tədbirə Azərbaycanın bütün bölgələrinin aşıqları ilə yanaşı, Türkiyə, İran, Rusiya, Gürcüstan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan aşıqları da qatılacaq: “Geniş proqram tərtib etmişik. Proqrama əsasən ayın 24-də Qazaxda, 25-də Tovuzda, 26-da Şəmkir-Gədəbəydə aşıqların konserti olacaq. Heç bir bölgə kənarda qalmayacaq.
Son dövrlər dövlətin, xalqın aşıq ozan sənətinə olan dərin hörmətini, diqqətini nəzərə alaraq Azərbaycanda ilk dəfə belə bir festival keçiririk. Əsas məqsədimiz də bu sənəti Şərq, türkdilli ölkələrə, ümumiyyətlə bütün dünyaya yaymaq və təbliğ etməkdir”.
Z. Yaqub onu da bildirib ki, Aşıqlar Birliyi tərəfindən festivalda iştirak edən qonaqlara “Haqqa qovuşan aşıqlar” foto albomu hədiyyə veriləcək. Albomda 300-ə qədər aşığın tərcümeyi-halı və şəkli toplanıb.
Xəyalə Muradlı

1476