“Əbədiyyət dastanı”nın audio versiyasının ilk təqdimatı oldu – FOTOLENT
Lent.az-ın məlumatına görə, layihəni “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirib.
Mərasimdə “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Gəray Əlibəyov çıxış edərək layihənin həyata keçirilməsində əməyi olan hər bir kəsə təşəkkürünü bildirib. Audio disk barədə ətraflı məlumat verən G.Əlibəyovun sözlərinə görə, poemanın elektron versiyasında Qara Qarayevin, Arif Məlikovun və digər tanınmış bəstəkarların 28 musiqisi yer alıb. Poemanı isə Zəlimxan Yaqub özü ifa edib: “Əslində layihədə nəzərdə tutulmuşdu ki, poemanı aktyorlar səsləndirəcək. Ancaq çox düşündükdən sonra qərar gəldik ki, Zəlimxan müəllim özü ifa etsə, daha yaxşı olar. Həm də gələcək nəsillərə bir xatirə kimi qalar”.
Tədbirdə diskin rejissoru Rövşən Almuradlı, Sumqayıtın şair və müəllimləri də çıxış edib.
Yenicə əməliyyat olunmuş xalq şairi Zəlimxan Yaqub isə diskin hazırlanmasında zəhməti keçənlərə minnətdarlığını bildirib.
Onu da qeyd edək ki, nəfis tərtibatda hazırlanan audio diskin ikinci təqdimat mərasimi oktyabr ayının ortalarında Gəncədə keçiriləcək.
Xəyalə

Oxşar yazılar

Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43