Nicat Kazımov teatrdakı fəaliyyətini yalnız aktyor kimi davam etdirir
Ona yeni mövsümdə rejissor kimi tamaşaya quruluş vermək həvalə olunmayıb. Bunu Lent.az-a teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova deyib. Onun sözlərinə görə, Nicat Kazımov teatrda özünün quruluş verdiyi “Pəri cadu” ilə yanaşı, yeni səhnələşdirilən iki tamaşada – “Yatmış gözəl” və “Oliver Tvistin macəraları”nda aktyor kimi rol alıb.
Ancaq rejissor kimi ona heç bir tamaşa tapşırılmayıb: “Çünki mən öz fikrimdə qalıram. Teatrda tamaşa səhnələşdirmək üçün yüksək ali rejissor təhsili olmalıdır. Belə təhsili olmayan bu teatrda tamaşa qoya bilməz. Bildiyimə görə, Nicat Musiqili Komediya Teatrında “Zoluşka” tamaşasını səhnələşdirəcək. Lap yaxşı, ona uğurlar arzulayıram. Məncə, onun yaradıcı üslubu bu teatra uyğun gəlir”.
C.Səlimova onu da bildirib ki, aralarında baş vermiş qalmaqala, onun ünvanına söylənən təhqiredici ifadələrə baxmayaraq, Nicat Kazımova qarşı yaxşı münasibət bəsləyir.
Xəyalə Muradlı

Oxşar yazılar

Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43